Dişlər niyə saralır?

Tamamilə ağappaq dişlər əslində geniş yayılmış bir təsəvvürdür: dişlərin təbii rəngi çox vaxt açıq sarımtıl-ağ çalarda olur. Bununla belə, müəyyən amillər dişlərin nəzərəçarpan dərəcədə saralmasına səbəb ola bilər.

Ağız sağlamlığı 2 dəq oxuma

Əsas səbəblər

  1. İrsiyyət

    Dişlərin təbii rəngi və minanın xüsusiyyətləri nəsildən-nəslə ötürülə bilər.

  2. Siqaret və tütün məhsulları

    Tütün dişlərdə tədricən toplanan və adi fırçalama ilə təmizlənməyən piqment ləkələri yaradır. Qəlyan da dişləri saraldan amillərdəndir.

  3. Çay və qəhvə

    Tünd içkilərin, xüsusən keyfiyyətsiz məhsulların tərkibindəki rəngləyici maddələr diş minasının rəngini dəyişə bilər.

  4. Dərman preparatları

    Müntəzəm qəbul edilən bəzi dərmanlar diş minasının rənginə təsir göstərə bilər.

  5. Qeyri-kafi gigiyena

    Dişlərə müntəzəm qulluq edilmədikdə mina səthində qida, içki və ərp qalıqları toplanır və dişlər sarımtıl görünür.

Gündəlik həyatda nə etmək olar?

  • Gündə iki dəfə düzgün fırçalayın və diş aralarını təmizləyin.
  • Siqaretdən imtina edin.
  • Rəngləyici içkilərdən sonra ağzınızı su ilə yaxalayın.
  • 6 aydan bir stomatoloq müayinəsindən keçin və peşəkar gigiyena etdirin.

Estetik həll yolları

Rəng dəyişikliyinin səbəbindən asılı olaraq peşəkar ağartma, vinirlər və ya qapaqlar nəzərdən keçirilə bilər. Ağartma ilə düzəlməyən davamlı rəng dəyişikliklərində vinirlər effektiv seçim ola bilər. Uyğun variant yalnız müayinədən sonra müəyyən edilir.

Estetik stomatologiya haqqında ətraflı.

Bu məqalə ümumi məlumat xarakteri daşıyır və həkim müayinəsini əvəz etmir. Sizin vəziyyətinizə uyğun tövsiyəni yalnız müayinədən sonra həkim verə bilər.

Qəbul

Müayinəyə yazılmaq istəyirsiniz?

Müayinədən sonra Dr. İkram Sadıqov vəziyyətinizə uyğun müalicə variantlarını, mərhələlərini və gözlənilən nəticəni ətraflı izah edəcək.

+994 77 288 23 43